Nepalda avtobus qəzası nəticəsində 12 nəfər öldü

 Nepalın qərbində avtobusun körpüdən çaya düşməsi nəticəsində azı 12 nəfər həlak olub.

Qobustanxeber.az Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə regional polis rəisi bildirib. Onun sözlərinə görə, qəzada 12 nəfərin öldüyü, daha 22 nəfərin yaralandığı təsdiqlənib.

Bildirib ki, sürətlə hərəkət edən avtobus cümə günü gecə saatlarında çayın üzərindəki körpünün məhəccərinə çırpılıb və suya düşüb. Xilasedicilər avtobusu çaydan təxminən dörd saat sonra çıxara biliblər. Zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

İçərisində 36 sərnişinin olduğu avtobus Nepalın paytaxtı Katmanduya gedirdi.


Oxunub: 43





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.