"Həmin Xalq artistini Məleykə ölümdən qurtarıb"


"Zərnigar Ağakişiyeva bir dəfə dedi ki, məni sevirsənsə, Məleykəyə təşəkkür et. Qayıtdı ki, yaşamağımın səbəbi Məleykə Əsədovadır".


Bu sözləri aparıcı Elgiz Əkbər verilişində deyib. O, proqramına qonaq olan Xalq artisti Məleykə Əsədovadan danışıb. Aparıcı bildirib ki, mərhum Xalq artisti Zərnigar Ağakişiyevanın sağ ikən müalicə xərcini M.Əsədova ödəyib.


Verilişdə yer alan Əməkdar artist Kübra Əliyeva "Onu ölümdən Məleykə qurtarıb. Xəstə olanda, komada idi. Yanına getmişdim. Sonra dedi ki, Məleykə gəldi yardım etdi. Bütün xərci ödəyib" sözlərini söyləyib. 


Aktrisa deyilənlərə "Allah xilas etdi, mən kiməm" reaksiyasını verib.  


Oxunub: 118





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.