"Nazpəriyə yazırlar ki, niyə Zöhrə Abdullayeva kimi ölmürsən?"


Müğənni Roza Zərgərli Xalq artisti Nazpəri Dostəliyevanın yeni görünüşünə yazılan mənfi rəylərdən danışıb.


 "Elgizlə izlə" verilişinə qonaq olan ifaçı Nazpəriyə xoşagəlməz sözlər yazıldığını deyib:


"Stilistim Babək Nazpərini klipi üçün bəzədikdən sonra onun görüntülərini sosial şəbəkə hesabında paylaşıb. Saytlar isə həmin görüntüləri götürüb, xəbər yazıblar. Sosial şəbəkə izləyiciləri isə Nazpəriyə yazıblar ki, sən niyə Zöhrə Abdullayeva kimi ölmürsən?


Axı niyə ölsün? Belə şeylər yazanın dediyi sözlər elə öz başına gəlsin. Nazpəri xanım onsuz da əziyyətli bir yol keçib. O, doğmalarını itirib və zülmlə ayağa qalxıb. Nazpəri xanım sənət fədaisidir. O, özünü yenidən sənətə qaytarır, siz isə onu aşağılayırsınız". 


Oxunub: 88





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.