Bu ölkədə nazirlərin və məmurların xaricə səfəri məhdudlaşdırıldı


Pakistanın federal hökuməti dövlət büdcəsinə qənaət etmək məqsədilə nazirlərin və dövlət məmurlarının xaricə səfərlərini məhdudlaşdırıb.


Ölkə mətbuatına istinadən xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, nazirlərin və dövlət məmurlarının xaricdə qalmaları üçün də yeni qaydalar tətbiq edilib.


KİV-lərin yazdığına görə, federal və dövlət nazirləri, onların müşavirləri və köməkçiləri xarici ezamiyyətlər üçün dövlət büdcəsinə qənaəti təmin edən hökumət komitəsindən, habelə Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyindən qabaqcadan icazə almalıdırlar.


Bu şəxslərin ildə 3 dəfədən artıq xaricə getməsi qadağan edilir. Onların səfərlər zamanı beşulduzlu otellərdə qalmalarına da icazə verilmir.


Xüsusi hallarda istisnalar tətbiq olunacaq.


Qeyd edilib ki, xaricə səyahət edərkən rəsmilərdən Pakistanın milli aviadaşıyıcısı PIA ilə uçmaq tələb olunur.


Oxunub: 93





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.