Azərbaycanda bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək


20-26 mart qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin şöbələri və valyuta mübadiləsi məntəqələri fəaliyyət göstərəcəklər.


Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.


Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 16 bankın 127 satış nöqtəsi (o cümlədən, dörd bank üzrə səkkiz satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt”un 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış beş valyuta mübadiləsi məntəqəsi (o cümlədən, biri 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.


Bayram günlərində fəaliyyət göstərəcək bankların filial və şöbələrinin, “Azərpoçt”un satış nöqtələrinin və valyuta mübadiləsi məntəqələrinin iş qrafiki ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:


https://uploads.cbar.az/press-releases/cd262948a276721a06be25573.pdf


https://uploads.cbar.az/press-releases/6a337732cb7cf733afa0acbf5.pdf


https://uploads.cbar.az/press-releases/532cf4b70f8f36f5c9f6afb6e.pdf


Oxunub: 88





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.