Sosial yardım təyin edilərkən kimlər ailə üzvü kimi nəzərə alınmır? – CAVAB


Lent.az-ın bir sual, bir cavab” rubrikasında növbəti mövzu ünvanlı dövlət sosial yardımı ilə bağlıdır.


Maraqlıdır, görəsən, ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyin edilərkən kimlər ailə üzvü kimi nəzərə alınmır?


Sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır:


-tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər);


-müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;


-cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;


-axtarışda olan şəxslər;


-Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları;


-əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).


Oxunub: 87





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.