Yaponiyada bu xəstəlik sürətlə YAYILIR - 30 yaşdan yuxarı...


Nadir, lakin təhlükəli “Streptokok” infeksiyası Yaponiyada rekord sürətlə yayılıb.

 

Bu barədə mütəxəssislər xəbərdarlıq ediblər. Səlahiyyətlilər, xəstəliyə nəyin səbəb olduğunu müəyyən etməkdə çətinlik çəkirlər.

 

Yaponiyanın 45 şəhərində görülən bakteriya 21 nəfərin ölümünə səbəb olub. 2024-cü ilin ilk iki ayında 378 yoluxma halı qeydə alınıb. Yaponiyada infeksiya aşkarlanmayan cəmi 2 şəhər qalıb. İnfeksiyaya səbəb olan yoluxucu bakteriyalar, xüsusilə 30 yaşdan yuxarı yetkinlərdə ciddi xəstəliklərə, sağlamlıq problemlərinə və ölümə səbəb ola bilər.


Oxunub: 107





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.