“Minimum həddə əmək pensiyası alan pensiyaçılara ildə iki dəfə bayramlar münasibətilə əlavə müavinət verilsin”.
Bunu Milli Məclisin 15 mart tarixli iclasında deputat Musa Quliyev seçicilərin qaldırdığı bəzi təklifləri səsləndirərkən deyib.
O təklif edib ki, şəhid övladlarının təhsil güzəştinə tətbiq edilən yaş məhdudiyyəti götürülsün.
Həmçinin deputat təklif edib ki, Bakı-Gəncə-Ağstafa sürət qatarından qərb bölgəsinin əhalisinin daha səmərəli istifadəsini təmin etmək üçün biri Bakıdan və digəri Ağstafadan səhər çıxmaq və axşam geri qayıtmaq şərti ilə bu xəttə hər gün 2 qatar buraxılsın.
Oxunub: 90