Yeni müharibə ocağı: Bu dəfə nəhənglər vuruşacaq


ABŞ və Çin arasında gərginlik artmaqdadır. 


ABŞ hərbi qüvvələrini və nüvə gücünü Sakit Okean bölgəsinə toplayır. Bu xəbərin ardınca, Çinin də boş dayanmayıb müharibəyə hazırlaşdığı ilə bağlı məlumatlar ortaya çıxıb. 


Belə ki, Çin 2027-ci ildə Tayvanı işğal etmək üçün həm öz əyalətlərində, həm də Çin dənizindəki adalarda infrastruktur, inteqrasiya və modernləşdirmə fəaliyyətlərinə başlayıb. 2027-ci ildə müharibə olacağı təqdirdə ABŞ Sakit okeanda nüvə bombardmançı təyyarələrini işə salacaq. Həmçinin, bu dövlət döyüş maşınlarına da lazer silahları quraşdırır. 


Asiyada güc bərabərliyindən pay almaq istəyən Almaniya da Sakit okeanda hərbi baza qurmağa hazırlaşır. Beynəlxalq müdafiə və kəşfiyyat mediasının verdiyi məlumata görə, Çin artıq müharibə hazırlığına başlayıb. Çinin yeni taktikası BMT-də beynəlxalq statusu bəlli olmayan Çin dənizdəki adalarda hərbi bazalar qurmaqdır. Son məlumat isə odur ki, Çin bu adalar ətrafında tez-tez dəniz və hava təlimləri keçirərkən öz hava qüvvələri ilə kəşfiyyat məlumatları toplamağa başlayıb. 


Oxunub: 98





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.