“Qarabağ” son dəqiqə qolu ilə “Bayer”ə məğlub oldu


Bu gün UEFA Avropa Liqasında 1/8 finala yekun vurulub.


Azərbaycan çempionu "Qarabağ" cavab qarşılaşmasında Almaniyada bundesliqanın lideri "Bayer"in qonağı olub


Oyunda "Qarabağ" hesabı açıb. Daha sonra komandamız azlıqda qalıb. Elvin Cəfərquliyev meydandan qovulub. Buna baxmayaraq "Qarabağ" daha bir qol vurub. Hesabda 2:0 öndə olan komandamız üstünlüyünü sona qədər qoruyub saxlaya bilməyib. 


Görüşdə "Qarabağ" 90+3-cü dəqiqəyədək qalib durumda olsa da, sonda rəqib 2 qol vurub. Bununla da "Bayer" mərhələ adlayıb - 3:2.


Komandalar arasında Bakıda keçirilən görüşdə 2:2 hesabı ilə başa çatmışdı. 


14 mart


UEFA Avropa Liqası

1/8 finalın cavab oyunu

00:00."Bayer" (Almaniya) - "Qarabağ" (Azərbaycan) - 3:2

Qollar: Jeremi Frimponq, 72, Patrik Şik, 90+3, 90+8 - Abdullah Zubir, 59, Juninyo, 68 

Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 64 ("Qarabağ")

İlk oyun - 2:2

Hakimlər: Entoni Teylor, Qari Besuik, Adam Nann Endryu Medli (İngiltərə)

Leverkuzen. "Bay-Arena"


Oxunub: 106





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.