BAAU-da tələbələr üçün ərəb dili təlimi təşkil olundu

 

 Bakı Avrasiya Universiteti ərəb dili üzrə ixtisaslaşan tələbələr üçün təlim keçirib.


TodayNews-un məlumatına görə, təlimi Səudiyyə Ərəbistanının Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyasının rəsmi nümayəndəsi Nada Əl-Mutairi Bakı Avrasiya Universitetində keçirib. İki gün davam edən təlimdə ərəb dili üzrə ixtisaslaşan tələbələr iştirak edib. Bakı Avrasiya Universitetinin Ərəbşünaslıq Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə baş  tutan təlimdə ölkəmizin müxtəlif ali təhsil müəssisələrində təhsil alan 60 nəfər tələbə iştirak edib.


Nada Əl-Mutairi tələbələrə ərəb dilinin incəlikləri, qrammatik qaydalar, onun danışıq dilində istifadəsi ilə bağlı mühazirələr oxuyub. Tələbələrin fəal iştirakı ilə baş tutan təlimdə həmçinin ərəb dilinin mənimsənilməsində əsas anlayışlardan istifadə, tələffüz qaydaları və s. dil qaydaları öyrədilib.


Təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar verilib.

 



Oxunub: 155





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.