Meyitlə banka gedib, pulu çıxarmağa çalışdılar


Amerikada iki qadın tapdıqları meyitlə banka gedərək pul çıxarıblar. 

 

55 və 63 yaşlı cinayətkarların qan donduran planı və cinayət təfərrüatlarını təqdim edir.

 

Amerikanın Ohayo ştatında insanı heyrətləndirən hadisə baş verib. İddiaya görə, iki qadın ölü bir kişini avtomobilinə mindirib, bank hesabından yüzlərlə dollar çıxarıb və cəsədi xəstəxanada qoyub.


55 yaşlı Loreen Bea Feralo və 63 yaşlı Karen Casbohm ötən bazar ertəsi 80 yaşlı Duqlas Laymanın cəsədini Ashtabuladakı bank filialına aparmaqda ittiham olunurdular.

 

Qadınlar Laymanı sərnişinin oturacağına yerləşdiriblər ki, kassa kameraları onu görə bilsin.


Təxminən 900 dollar götürdükdən sonra qadınlar Laymanı Ashtabula County Tibb Mərkəzinə apararaq, orada cəsədi anonim olduğunu bildirərək, dərhal da xəstəxananı tərk ediblər.


Polis Casbohm və Feralonu tapıb, Laymanın şəxsiyyətini müəyyənləşdirib və mərhumun öz evində öldüyünü bildirib. Qadınlar, basqın etmək, qadağan olunmuş maddələr saxlamaq, evə basqın etmək, sərxoş vəziyyətdə avtomobil idarə etmək və oğurluq etməkdə təqsirli bilinib.


Laymanın ölüm səbəbi isə hələlik məlum deyil.


Oxunub: 118





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.