İlham Əliyev onu Laçına xüsusi nümayəndə TƏYİN ETDİ


Məsim Əhməd oğlu Məmmədov Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

 

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.Bundan əlavə, sərəncamla “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 28 mart tarixli 3806 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 3, maddə 411 (Cild I) ləğv edilib.


Oxunub: 110





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.