Bu dəfə ərəblər Aygün Kazımovadan yazdı


Xalq artisti Aygün Kazımovanın Bakı Kristal Zalda gerçəkləşən "World Women's Festival"dakı çıxışı ölkə xaricində də diqqət çəkib.


“HP Magazine” jurnalının Ərəbistan versiyasının instaqram səhifəsində ölkənin əsas ulduzunun çıxışı paylaşılıb. 


Hekayə bölümündə yerləşdirilən videoda "Azərbaycanın Pop kraliçası və Divası Aygün Kazımova ölkənin ən böyük konsert zalı olan Bakı Kristal Zalda gerçəkləşən "World Women's Festival"da çıxış edib" sözləri qeyd olunub.


Qeyd edək ki, Azərbaycan müasir şou-biznesinin yaradıcısı A.Kazımova "Baku Crystal Hall"da solo konsert verən yeganə azərbaycanlı müğənni olub. O, həmin gün bir çox səhnə şouları ilə şou-biznesdə ilklərə imza atıb.


Oxunub: 124





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.