Hüseyn Abdullayevin yeni cinayət işinin detalları


Həbsdə olan sabiq deputat Hüseyn Abdullayev yenidən cinayət məsuliyyətinə cəlb edilib. Eks-deputat bu dəfə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilir.


“Qafqazinfo” Hüseyn Abdullayevin yeni cinayət işinin detallarını əldə edib.


İttihama görə, Abdullayev qanunsuz hərəkətlərin reallaşdırılmasını maliyyələşdirib. Söhbət gedən məbləğ isə 5 milyon manatdan çoxdur.


Bu iş üzrə istintaq Baş Prokurorluqda aparılır. Bir neçə gün əvvəl prokurorun təqdimatı əsasında H.Abdullayev haqda həbs qətimkan tədbiri seçilib. Müdafiə tərəfi ittihamı qəbul etməyərək qərardan şikayət verib. Bu gün Bakı Apellyasiya Məhkəməsi həbs qərarını qüvvədə saxlayıb.


Qeyd edək ki, “Quska” ləqəbli H.Abdullayev 2018-ci ildə dələduzluqda təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət gələn ay başa çatır. Bundan sonra Abdullayev cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına etap ediləcək.


Oxunub: 119





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.