Bu həftə Balıqların enerjisini çox aydın hiss edəcəyik. Yeni ayın təsiri ilə həftənin ilk günləri yeni başlanğıclar üçün münasibdir. Həftə boyu mənəviyyat ön planda olsa da, maliyyə əməliyyatlarının sürətli gedişi davam edəcək. Torpaq hərəkətlərinin artması və su ilə bağlı problemlər də gündəmdə olacaq.
Qobustanxeber.az həftəlik bürc proqnozunu təqdim edir:
QOÇ
Həftə boyu sizin üçün yaxşı olmayan əlaqələri bitirib, tərk etmək istədiyiniz vərdişlərlə vidalaşa bilərsiniz. Münasibətlərinizi ictimaiyyət arasında yaşamaq istəməyəcəksiniz və buna görə sosial çevrənizdən daha da uzaqlaşacaqsınız.
BUĞA
Dost çevrənizlə daha çox vaxt keçirəcək və yeni insanlarla tanış olacaqsınız. İnciklikləri düzəltmək üçün yaxşı həftədir. Uzunmüddətli planlarınızda və ya maliyyə paylaşımlarınızda səhvlərdən ehtiyatlı olun.
ƏKİZLƏR
İşinizə fokuslandığınız bir dövrdəsiniz. İşgüzar münasibətlərinizin daha müsbət inkişaf edəcəyi bu həftə maliyyə məsələlərində həddindən artıq optimist olmamağa çalışın. Xarici siyasətdə və ya hüquqi proseslərdə də fəaliyyət ola bilər.
XƏRÇƏNG
Həftənin əvvəlində mühüm görüşlər keçirə və maliyyə məsələlərində fürsətlərlə qarşılaşa bilərsiniz. Hadisələrə daha konstruktiv və bağışlayıcı şəkildə baxacaqsınız. Təhsil və ya məsafə ilə bağlı məsələlər sürətlənəcək. Həftə sonu içində olduğunuz qruplar daxilində gərginlik yarana bilər.
ŞİR
Sizin üçün böhran yaradan vəziyyətlərə daha çevik baxa biləcəyiniz və axınla gedərək həll yolları tapa biləcəyiniz bir həftədəsiniz. Sağlamlıq problemlərinizdə şəfa tapa bilərsiniz. Maliyyə məsələlərində real addımlar atmağa çalışın.
QIZ
İkitərəfli münasibətləriniz və əməkdaşlıq etdiyiniz insanlar həftə ərzində gündəminizdə olacaq. Bu sahələrdə daha müsbət təsirlər əldə edəcəksiniz. Yeni bir başlanğıc da baş verə bilər. Heç bir əlaqəni ideallaşdırmamağa diqqət yetirin.
TƏRƏZİ
Həftənin əvvəlində immun sisteminizə və qidalanmanıza qarşı daha diqqətli olun. İş mühitinizdəki xoşagəlməz halları aradan qaldıra və ev heyvanlarına qulluq edə bilərsiniz. Şəxsi həyatınızda qısqanclıqdan uzaq durmağa çalışın.
ƏQRƏB
Şəxsi həyatınızın daha aktivləşdiyi bir dövrdəsiniz. Həftə boyu partnyorunuzla və ya uşaqlarınızla xoşunuza gələn mövzularda daha çox vaxt keçirmək istəyəcəksiniz. Ailə böyükləri ilə bağlı məsələlər də gündəmdə olacaq.
OXATAN
Həftəyə sürətli gündəlik axınla başlayacaqsınız. Evdə və valideynlərinizlə daha çox vaxt keçirmək istədiyiniz bir dövrdəsiniz. Həmkarlarınızla ünsiyyətdə gərginlik yarana bilər. Sakit qalmağa çalışın.
OĞLAQ
Ünsiyyət, yaxınlar və dostlarınızın ön planda olacağı bu həftə intuisiyanız çox güclü olacaq. Yaradıcı ideyalar inkişaf etdirə bilərsiniz. Maliyyə məsələlərində iddialı addımlardan çəkinin.
DOLÇA
Həftənin əvvəlində kommersiya işlərində və tanıtım işlərində aktiv olacaqsınız. Bu həftə diqqətinizi maliyyə məsələlərinə yönəltdiyiniz zaman, xüsusilə daşınmaz əmlak investisiyaları ilə bağlı diqqətli olun.
BALIQ
Özünüzə vaxt ayırmağa üstünlük verəcəyiniz bu həftə yeni başlanğıclar gətirəcək. Fiziki görünüşünüzlə bağlı dəyişikliklər edə bilərsiniz. Bəzi sirlərin üzə çıxmasının da şahidi olacaqsınız.
Oxunub: 122