Ruslan Əliyev işdən çıxarıldı


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) sədri Ruslan Əliyev vəzifəsindən azad edilib. 


“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifəsi sədrin müavini Azər Məmmədova həvalə edilib.


“Azəriqaz” İB-nin mətbuat katibi Eldəniz Vəliyev məlumatı təsdiq edib.


Qeyd edək ki, Ruslan Əliyev 2019-cu ildən bu vəzifəni icra edirdi. 


Oxunub: 105





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.