Sabah - mart ayının 12-də Qobustan Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçiriləcək.
Qobustan Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, qanvermə aksiyası saat 9:00-dan 17:00-dək davam edəcək.
Qeyd edək ki, 18-65 yaş aralığı, çəkisi ən azı 50 kq və üzərində olan hər bir sağlam fərd qan verə bilər.
Oxunub: 116