İstanbulun Fatih məscidində bıçaqlı insident baş verib. Hadisə nəticəsində məscidin imamı və bir vətəndaş yaralanıb.
Qobustanxeber.az xəbər verir ki, hadisə ilə bağlı İstanbul Valiliyi açıqlama verib.
Açıqlamada bildirilib ki, yanvarın 8-i saat 19.15 radələrində naməlum şəxs İstanbuldakı Fatih məscidinin içərisində şüarlar səsləndirərək iğtişaş yaradıb. Məscidin imamı Qalip Usta ona xəbərdarlıq edərək məsciddən çıxmasını istəyib. Bunun ardından, imam və Bilal Erdem adlı vətəndaş həmin şəxs tərəfindən bıçaqlı hücuma məruz qalıb.
Hadisəni törədən şəxs mühafizəçilər tərəfindən saxlanılaraq nəzarətə alınıb. Xəsarət alan imam və vətəndaş xəstəxanaya yerləşdiriliblər. Xəsarət alan hər iki nəfərin həyati təhlükəsi var.
Oxunub: 31