Bu ölkədə Rusiya nömrəli avtomobillər "OVLANACAQ"


Martın 11-dən Litvada Rusiya qeydiyyat nömrələrinə malik avtomobillər Litvada yenidən qeydiyyatdan keçməlidir və ya ölkəni tərk etməlidir.


Bu barədə Litva gömrük idarəsinin mətbuat xidmətinə istinadla xəbər verir.


Qeyd olunub ki, əks halda, avtomobil sürücüləri qanun pozucuları hesab olunacaqlar - onlar İnzibati Xətalar Məcəlləsinin 515-ci maddəsinə əsasən cərimə və avtomobilin müsadirə edilməsi ilə bağlı məsuliyyətə cəlb olunacaqlar.


İstisna Kalininqrad vilayətinə və oradan tranzit keçən nəqliyyat vasitələri olacaq: sahibinə və avtomobilinə 24 saat ərzində Litvada qalmağa icazə veriləcək.


Oxunub: 109





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.