Makron Kiyevə gedir: Zelenskiyə söz verib ki...


Fransa Prezidenti Emmanel Makron yaxın həftələrdə Kiyevə səfər edəcək.


Bu barədə AFP Yelisey sarayına istinadla məlumat yayıb.


Bildirilib ki, bu qərar Makron və Ukrayna prezidenti Volodimir Zelenski arasında bazar günü, martın 10-da baş tutan telefon danışığından sonra verilib.


İki ölkənin liderləri müxtəlif sahələrdə, o cümlədən kibertəhlükəsizlik, minalardan təmizləmə və silah istehsalı sahəsində əməkdaşlığı gücləndirmək istəklərini təsdiqləyiblər.


Qeyd olunub ki, Makron telefon danışığı zamanı ukraynalı həmkarına dərin zərbələr endirmək üçün koalisiya yaratmaq üzərində işləməyə davam edəcəyini, eləcə də Çexiyanın Kiyevə döyüş sursatı ötürmək planlarını dəstəkləyəcəyini vəd edib.


Bir gün əvvəl Ukrayna prezidenti "X" sosial şəbəkədəki səhifəsində Makronun tezliklə Ukraynaya səfər edəcəyini açıqlamışdı.


Oxunub: 112





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.