Ramazanın ilk günü hava necə olacaq?


Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.


Qobustanxeber.az xəbər verir ki, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.


Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər tədricən kəsiləcək, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Gecə və səhər arabir duman. Mülayim şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 9-14° şaxta, gündüz 0-3° şaxta isti olacaq.


Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.


Oxunub: 108





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.