“Kurtlar Vadisi Pusu”nun məşhur aktyoru öldü - Foto


Türkiyəli məşhur aktyor Kayhan Yıldızoğlu vəfat edib.


Bu barədə aktyorun qızı Sibel Aybar məlumat yayıb. K.Yıldızoğlu bu gün 90 yaşında dünyasını dəyişib.


Qeyd edək ki, aktyor "Meleklerin aşkı", "Darısı başımıza", "Arka sokaklar", "Servet", "Kurtlar vadisi Pusu", "Evim sensin", "Selena", "Akasya durağı", "Çiçek taksi", "Adanalı", "Yabancı damat", "Cennet mahallesi", "Rabia", " Acı hayat" kimi bir çox unudulmaz ekran işində müxtəlif obrazlar canlandırıb.


O, son olaraq "Ah nerede" serialında izləyicilərin qarşısına çıxıb.


 


Oxunub: 122





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.