Hipnozla istənilən hər şeyi reallaşdıra bilərsiniz - Tək şərtlə!


Bir müddətdir arıqlamaq üçün yeni üsul meydana çıxıb.


Bu üsulun adı hipnoterapiyadır. Son vaxtlar bu yolla arıqlamaq istəyənlərin sayında artım müşahidə olunur. Bildirilir ki, pəhrizsiz, əməliyyatsız, sadəcə hipnoterapiya ilə arıqlamaq mümkündür.


Bu haqda hipnoterapist Gülnarə İbişova açıqlama verib:


“Hipnoz üsulu təkcə arıqlamaq üçün yox, pis vərdişlərdən uzaqlaşmaq üçün də istifadə edilir. Çünki hipnoz bir peşəkarın yardımı ilə insanın duyğu, düşüncə və qavramalarının yenidən haşiyələnməsi, davranışlarının dəyişdirildiyi prosesdir. Bu proses zamanı sizin ürəyiniz getmir, beyniniz 100/300 açıq olur. Biz seanslar edərək, istədiklərimizə nail oluruq”.


Hipnoterapist deyir ki, bu proses zamanı insanın şüuraltına təsir edilir və o, hansısa bir hərəkəti edib,etməməyə inandırılır. Əsas məsələ isə şəxsin özünün bunu istəməsidir:


“Burada ən vacib şərtlərdən biri odur ki, pasient hipnoza inansın və hər hansı bir vərdişdən çəkinməsi üçün bunu istəsin”.


Qeyd edək ki, sözügedən üsulu dietoloqlar tibbi olaraq imkansız hesab edirlər.


Oxunub: 122





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.