AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib


Nazirlər Kabineti “Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası”nda dəyişiklik edib.


Qaydaya əsasən, aviasiya təhlükəsizliyi sahəsində xidmətə qəbul olunmaq üçün müraciət etmiş və sənədləri qəbul edilmiş namizədlər anket məlumatları, fiziki hazırlıq və sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra aşkarlıq şəraitində müsahibədən keçirilirlər.


Müsahibə barədə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (“AZAL” QSC) bir ay əvvəldən öz rəsmi internet saytında, həmçinin mediada elan verir və sənədlərin qəbulunu həyata keçirir.


Müsahibəni “AZAL” QSC tərəfindən yaradılmış komissiya həyata keçirir. Komissiya sədr, katib və beş üzvdən ibarət olmaqla yaradılır. Komissiyanın tərkibinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) bir nümayəndəsi daxil edilir. Müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlərin siyahısı komissiyanın sədri tərəfindən “AZAL” QSC-nin rəhbərinə təqdim edilir.


İndiyə qədər namizədin işə qəbul edilməsi barədə yekun qərarı “AZAL” QSC-nin rəhbəri qəbul edib və üç ay sınaq müddəti müəyyən edilməklə, onunla əmək müqaviləsi bağlayıb. Dəyişikliyə əsasən, üç ay sınaq müddəti ləğv edilib. Beləliklə, namizədin işə qəbul edilməsi barədə yekun qərarı “AZAL” QSC-nin rəhbəri qəbul edəcək və onunla əmək müqaviləsi bağlayacaq.


Oxunub: 139





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.