Azərbaycanda tanınmış iş adamının oğlu intihar edib - FOTO


Azərbaycanda tanınmış iş adamının oğlu intihar edib.


Məlumata görə, tanınmış iş adamı, tikinti maqnatı Əvəz Şükürovun oğlu Rəmzi Şükürov sirkə içərək intihar edib. O, üç gün xəstəxanada qaldıqdan sonra bu gün vəfat edib.


Onun hansı səbəbdən intihar etdiyi bəlli deyil.


Rəmzi Şükürov Milli Məclisin sabiq əməkdaşı olub. Evlidir, üç uşaq atasıdır.


Qeyd edək ki, Rəmzi Şükürovun atası Əvəz Şükürov məşhur iş adamıdır. O, bir çox tikinti şirkətlərinin sahibidir.


Rəmzi Şükürovun özü isə bir sıra qalmaqallı hadisələrlə yadda qalıb.










 


Oxunub: 171





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.