Həmyerlimizin daha bir uğuru


Həmyerlimiz Nihal Mirzəliyevin müəlliflərindən biri olduğu “The globalization and ecological footprint in European Countries: Correlation or Causation?” adlı məqalə dünyanın ən nüfuzlu dərgilərindən birində dərc olunub. Nihalın məqaləsi Q1 - dünyada ən çox istifadə edilən jurnal kateqoriyasında dərc olunub. 

 

Qeyd edək ki, Nihal Mirzəliyev 1998-ci ildə Qobustan rayonu Şıxzahırlı kəndində anadan olub. O, 2004-2015 ildə Qobustan rayon 1 saylı tam orta məktəbində təhsil alıb. 2015-2019 ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad Fakültəsində təhsil alıb. Bakalavr təhsili ərzində 2017-2018 illəri arasında  Türkiyənin Süleyman Dəmirəl Universitetində "Mevlana" dəyişim programı ilə dövlət hesabına altı aylıq təhsil alıb.


O, hazırda yeganə Azərbaycan vətəndaşıdı ki, Türkiyə Prezident Administrasiyasının Maliyyə şöbəsində Maliyyə Stratejileri ve Analiz mütəxəsisi olaraq çalışır. Eyni zamanda Nihalın Davranış Maliyəsi (Behavioral Finance), Türkiyə lirəsinin məzənnə seriyalarının praqnozlaştırılması (Forecasting exchange rate series using Box-jenksin Methodology) ve CO2 emissiyaları və İqtisadi artım arasına əlaqə (Relationship between C02 emissions and Economic growth) mövzusunda məqalələri Avropa və Türkiyənin fərqli elmi jurnallarında nəşr olunub. Nihal həm də İstanbul Universitetində İngiliscə İqtisad ixtisası üzrə magistr təhsili alıb. Hazırda ali təhsilin ən yüksək səviyyəsi olan doktoranturada təhsilini davam etdirir.


Məlumat üçün deyək ki, Q1 kateqoriyası öz sahəsində dünya üzrə ən nüfuzlu jurnalları əhatə edir. Kvartil (Q), elmi nəzəriyyələr əsasında dünya akademik tədqiqatlarında əsas göstəricilərdən biridir. Bu, sitat göstəricilərinə əsaslanaraq elmi nəşrin keyfiyyətini qiymətləndirir. Kvartilə əsasən dörd kateqoriyaya bölünür: Q1, Q2, Q3, Q4. Jurnalın Q1-növbəsində yer alması üçün onun təsir faktoru elmi sahədə nəşr edilən jurnalların ən yüksək kəsinin (ən yüksək 25%) daxilində olmalıdır. Belə bir yanaşma Scopus və Web of Science kimi ən etibarlı verilənlər bazaları tərəfindən istifadə olunur. Bundan əlavə, aşağıda linklər vasitəsiylə Nihalın digər tezis və məqalələrinə baxa bilərsiz. Həmyerlimizə uğurlar və davamlı nailiyyətlər arzulayırıq.

 

1. The globalization and ecological footprint in European Countries: Correlation or Causation?

https://www.sciencedirect.com/science/article/pii/S2590051X24000170?via%3Dihub

 

2. An Optimal Rate of Inflation for Climate Change Mitigation in Upper-Middle-Income and High-Income Countries?

https://dx.doi.org/10.2139/ssrn.4581563

 

3. FORECASTING EXCHANGE RATE SERIES

USING BOX-JENKINS METHODOLOGY

http://edoc.bseu.by:8080/bitstream/edoc/88919/1/Mammadov_341_346.pdf

 

4. ANALYSIS OF INDIVIDUALS’ FINANCIAL

DECISIONS WITH BEHAVIORAL FINANCE

APPROACH

http://nek.istanbul.edu.tr:4444/ekos/TEZ/ET004088.pdf

 

 

QobustanXeber.az


Oxunub: 171





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.