Çinin Baş Mülki Aviasiya İdarəsi 2024-cü ildə ABŞ-a birbaşa uçuşların sayını artırmağı planlaşdırır.
Qobustanxeber.az xəbər verir ki, bu barədə idarənin saytında bildirilib.
"Biz 2024-cü ildə Çin ilə ABŞ arasında birbaşa uçuşların sayını əhəmiyyətli dərəcədə artırmaq üçün çalışacağıq", - deyə qeyd olunub.
Rəsmi məlumatlara görə, hazırda Çin və ABŞ arasında müntəzəm birbaşa sərnişin reyslərinin sayı həftədə 63-ə çatıb.
Hesabatda deyilir ki, Çin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ölkələrlə hava hüququ sazişlərini fəal şəkildə genişləndirəcək və Mərkəzi Asiya, Yaxın Şərq və Afrika regionları ilə əməkdaşlığı dərinləşdirəcək.
Oxunub: 34