"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Almaniyanın "Bayer 04" klubunu qəbul edib.
Komandamız ilk hissəni 2:0 hesablı üstünlüklə bitirsə də, fasilədən sonra almanlar geridönüş edə biliblər - 2:2.
Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.
UEFA Avropa Liqası
1/8 finalın ilk oyunu
21:45. "Qarabağ" (Azərbaycan) - "Bayer" (Almaniya) - 2:2
Qol: Yassin Benzia, 26, Juninyo, 45+2 - Florian Virtz, 70, Patrik Şik, 90+2
Hakimlər: Benoit Bastian, Hiçam Zakrani, Aurelien Bertomieu (Fransa)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Oxunub: 122