Röya illərdir küsülü olduğu Flora Kərimova ilə barışıb - FOTO


Xalq artisti Röya illərdir küsülü olduğu Xalq artisti Flora Kərimova ilə barışıb.


O, bu barədə öz “Instagram” hesabında paylaşım edib.


Bildirib ki, dəli-dolu Röyanı böyümüş görmək özünün də xoşuna gəlib.


“Bəli, çox şey yaşadıq! Amma gözəl şeylər də oldu. Bu dəli-dolu Röyanı böyümüş görmək özümün də xoşuma gəldi. Sabah dolu bir günüm olduğu üçün özümə borc bildim ki, bu gün Flora xanım Kərimovanı təbrik edim”, - deyə Xalq artisti qeyd edib.


Qeyd edək ki, Flora Kərimova illər öncə verilişlərdən birində Röya haqqında xoşagəlməz ifadələr işlədərək “mənimlə Röya arasında münaqişə necə ola bilər axı? Mənim ona bir qadın kimi tövsiyələrim olub. Özünü belə aparmasın. O, populyarlığın düzgün yolunu seçməyib” deyib.


 


Oxunub: 151





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.