ABŞ ordusu Qırmızı dəniz üzərində pilotsuz uçuş aparatını vurub.
Qobustanxeber.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
ABŞ ordusu pilotsuz təyyarənin Yəməndəki husi üsyançıları tərəfindən buraxıldığına inanır. "Təyyarə... Qırmızı dənizin cənubunda beynəlxalq sularda "Laboon" esminesi tərəfindən özünümüdafiə məqsədi ilə vurulub", - CENTCOM-un mətbuat ofisi X sosial şəbəkəsində bildirib.
Oxunub: 36