Bu Gün Şəhid Qaçayev Röyal Fərman oğlunun doğum günüdür

 Hörmətlə Anırıq!
Bu Gün Vətən Müharibəsi Şəhidi Qaçayev Röyal Fərman oğlunun doğum günüdür.
Qeyd edək ki, Röyal Qaçayev 5 yanvar 2002-ci ildə Qobustan rayonunda dünyaya gəlib. 2020-ci ildə orta məktəbi bitirib və həmin il hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Röyal Qaçayev Suqovuşan döyüslərində savaşıb. 14 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. Qobustanda dəfn edilib.

Allah Rəhmət Eləsin


Oxunub: 67





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.