“TikTok” bağlansın! – Şəbnəmdən təklif


Müğənni Şəbnəm Tovuzlu sosial şəbəkələrdən şikayətlənib. 


Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, o, "Xəzər axşamı" verilişində "TikTok"un Azərbaycanda bağlanmasını istədiyini bildirib. 


"Ola bilər ki, dediyim bu sözlər çox insana xoş gəlməz. Çünki oradan insanlar pul qazanırlar. Çox gözəl olar ki, Azərbaycanda "TikTok" video platforması bağlansın. Uşaqlara mənfi təsir edir. Oğlum Əlidən eşitmədiyim sözlər eşidirəm, görmədiyim hərəkətlər görürəm.


Telefondan "TikTok" proqramını silirik, amma 2 gündən sonra görürük ki, özü həmin proqramı yenidən yükləyib. Deyir: "Ana mən özüm "nüklədim" (yüklədim)", - deyə müğənni vurğulayıb. 


Oxunub: 164





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.