Qobustanın 13 illik icra başçısı nəhayət ki, kreslosu ilə vidalaşır



Ötən ay keçirilən prezident seçkilərindən sonra hökumətin yeni tərkibində yalnız iki məmur - Ədliyyə naziri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri postlarıyla vidalaşmalı oldular. 


QobustanXeber.az-ın əldə etdiyi məlumata görə, hakimiyyət komandasındakı dəyişiklik daha çox icra başçılarında olacaq. İqtidar təmsilçilərindən birinin Yeni Sabah-a verdiyi məlumata görə, vəzifədən gedəcək icra başçılarının siyahısı artıq hazırdı.


Mənbə qeyd edib ki, ilkin mərhələdə yaşı 70 və 70-dən yuxarı olan icra başçılarının vəzifədən azad edilməsi nəzərdə tutulur: Yaxın vaxtlarda bir neçə icra başçısı, o cümlədən də 13 ildi Qobustan rayonunu viran qoyan 72 yaşlı Adil Məmmədov da yola salınacaq. 


Qeyd edək ki, rayon üçün heç bir iş görməyən Adil Məmmədov 26 aprel 2011-ci ildən Qobustan rayon icra hakimiyyətinin başçısıdı.


Oxunub: 213





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.