Azərbaycanda ən çox maaş kimlərə təklif olunur?

 


Dövr, maraqlar, cəmiyyət dəyişsə də, dəyişməyən, zamanla qəlib formasına düşən cümlələr var. Bunlardan “iş tapa bilmirəm”, “yüksək maaşlı iş tapa bilmirəm” kəlmələrini daha tez-tez eşidirik.


Bəs görəsən, həqiqətənmi Azərbaycanda yüksək maaşlı iş tapmaq çətindir?


Oxu.az-ın əməkdaşının apardığı araşdırma göstərib ki, ölkədə eyni sahə üzrə müxtəlif maaşlı işlər təklif olunur.


Elan saytlarında ən yüksək maaş maliyyə sahəsində təklif olunur:


Maliyyə direktoru - 6 000 manat;

Baş mühasib - 4 500 manat;

Vergi direktoru - 4 500 - 6 000 manat.

Ən çox maraq olan satış sahəsində isə vəziyyət belədir:

Mağazanın bölgə müdiri - 2 500 - 3 000 manat;

Satış meneceri - 4 000 manat.


Əksəriyyətin gəlirlərin yüksək olduğunu düşündüyü təmir-tikinti sahəsində isə vəziyyət belədir:

Bu sahə üzrə santexnika ustalarına 800 manat, elektriklərə isə 500 - 1 500 manat arası əməkhaqqı təklif edilir.


Səhiyyə sahəsində isə vəziyyət tam fərqlidir. Eyni vəzifə üzrə müxtəlif qurumlar tərəfindən fərqli maaşlar təklif olunur. Belə ki, bir müəssisə həkimə 2 400 manat, digəri isə 600 manat maaş təklif edir. Digər ixtisaslardan:

Optika üzrə tibbi nümayəndəyə - 1 500 - 2 000 manat;

Əczaçıya - 700 - 800 manat;

Tibb bacısına - 500 manat əməkhaqqı təklif edilir.


Oxunub: 75





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.