Qobustan rayonunun Sədəfli kəndində qazlaşdırılma işləri başa çatdı

Qobustan rayonunun Sədəfli kəndində qazlaşdırılma işləri başa çatıb.  Qobustanxeber.az xəbər verir ki, qazlaşma məqsədlə sözügedən kənddə tədbir təşkil olunub. Tədbirdə "Azəriqaz" İB-nin nümayəndələri, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı və kənd sakinləri iştirak ediblər. Təbii qazın verilişini bildirmək məqsədi ilə simvolik məşəl alovlandırılıb. Görüş zamanı həmçinin Vətən müharibəsi şəhidi Elyar Vəliyevin ailəsi də ziyarət edilib.  


Oxunub: 313





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.