Fransa Prezidenti Emmanuel Makron Qətər əmiri Təmim bin Həməd Al-Taninin səfəri münasibətilə Yelisey sarayında qonaq olan PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappeyə müraciət edib.
Futbolçu Makronla görüşəndə prezident ona: “Bizim üçün daha çox problemlər yaradacaqsan”, - deyib.
Bundan sonra Mbappe Qətər əmiri ilə salamlaşıb, onu dinləyib və yoluna davam edib.
Makronun Mbappenin “Real Madrid”ə mümkün keçidinə işarə edib-etmədiyi bilinmir.
Bundan öncə mətbuatda xəbər yayılmışdı ki, Fransa prezidenti, Qətər əmiri və PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi Mbappeni cari mövsümün sonunda İspaniyanın “Real Madrid” klubuna keçməkdən imtina etməyə razı salmaq niyyətində deyillər.
Qeyd edək ki, Kilian Mbappe bütün klub yarışlarında PSJ-nin heyətində 32 matçda 32 qol vurub və yeddi məhsuldar ötürmə edib.
Oxunub: 110