AZnet Technologies internet provayderi artıq Qobustanda!


AZnet Technologies internet provayderi Qobustan rayonunda fəaliyyətə başladı


Tanınmış internet provayderi AZnet Technologies şirkəti əhatə dairəsini genişləndirir. Müasir telekommunikasiya xidmətləri və yüksək standartlara cavab verən internet provayderi olan AZnet Technologies-in xidmətlərindən artıq Qobustan sakinləri də yararlana biləcəklər.


Artıq Qobustanda AZnet şirkətinin yüksək sürətli Fiber Optik interneti ilə yanaşı, Statik IP, IP Telefoniya, VLAN, Data Port, LİF və AİK xidmətlərindən yararlanmaq mümkündü.


Onu da deyək ki, AZnet Technologies QSC Azərbaycan Respublikasının müasir telekommunikasiya xidmətləri və yüksək standartlara cavab verən internet provayderidi. Əsas məqsədi daima inkişaf etmək, xidmət sahəsini genişləndirmək, müştərilərin və tərəfdaşların sayını artırmaqla uzunmüddətli və etibarlı münasibətlər qurmaqdır.


Telekommunikasiya dünyasına daxil olan AZnet Technologies QSC öz sahəsində dinamik inkişaf edir. Hazırda Azərbaycanın bir çox bölgələrində - Bakı və Abşeron yarımadasında, respublikanin müxtəlif yerlərində və xüsusi olaraq Qarabağda fəaliyyət göstərir. Sizə Fiber Optik (GPON) xətlərlə təmin olunan sürətli internet, Statik IP, IP Telefoniya, VLAN, Data Port, LİF və AİK  xidmətləri təklif edir.



 


Oxunub: 217





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.