Qobustanxeber.az xəbər verir ki, dekabrın 24-də Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib. Regional İdarə üzrə 5 mərkəzdə keçirilən olimpiadada 2140 nəfər şagird iştirak edib. Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev olimpiada keçirilən mərkəzlərdə olaraq imtahan prosesini yaxından izləyib. Qeyd edək ki, rayon mərhələsinin nəticələrinin www.portal.edu.az platforması və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə 09.01.2024-cü il tarixindən etibarən elan olunması nəzərdə tutulub.
Oxunub: 49