Qobustan Xəstəxanasında Unicef nümayəndələri ilə görüş keçirildi

 

Unicef nümayəndələri tərəfindən Qobustan Rayon Mərkəzi Xəstəxanasında tibb işçiləri və vətəndaşlarla görüş keçirilib.

 

QobustanXeber.az xəbər verir ki, TƏBİB tabeliyində fəaliyyət göstərən Qobustan Rayon Mərkəzi Xəstəxanasında “Peyvəndin vaxtını gecikdirmə! Hər doza vacibdir!” tədbir keçirilib. Keçirilən tədbirdə UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional ofisin immunlaşdırma mütəxəssisi Fatima Çengic, regional immunlaşdırma mütəxəssisi Aleksey Çeban, regional ofisin sosial və davranış dəyişiklikləri üzrə mütəxəssisi Vivian Melo Bianko və beynəlxalq ekspert David Sulaberidze iştirak edib.

 

Tədbirdə pediatr və vaksinatorlar üçün təlimlər, həmçinin uşaqlarına peyvənd vurdurmaqla bağlı tərəddüd edən valideynlərin iştirakı baş tutub.

 

UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional ofisin immunlaşdırma mütəxəssisi Fatima Çengic tərəfindən valideynlərə uşaqların vaxtında peyvənd olunmasının əhəmiyyəti haqqında məlumat verilib və daha sonra uşaqlarına peyvənd vurdurmaqla bağlı tərəddüd edən valideynlərin sualları cavablandırıldı.

 

Qeyd edək ki, əhali arasında maarifləndirməni gücləndirmək məqsədi ilə bütün vaksinasiya məntəqələri uşaq peyvəndləri ilə bağlı çeşidli maarifləndirici materiallar ilə təmin edilib.

 

Oxunub: 236





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.