“Yaşa Azərbaycan” adlı klip təqdim olundu

 Qobustanxeber.az xəbər verir ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası “Yaşa Azərbaycan” adlı klip təqdim edib.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, mahnının sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, musiqisi isə Azərbaycan Yazıçılar Birliyinin hərbi vətənpərvərlik komissiyasının sədri, bəstəkar Şahin Musaoğluna məxsusdur.

Layihədə Xalq artistləri Şahnaz Haşımova, Sevinc İbrahimova, Əməkdar artistlər Tural Abdullayev, Kəmalə Tağızadə, Əməkdar Mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Rüstəm Cəfərov, Şirxan Cahangirov, Əli Məmmədov, Azər Verdiyev, Vasif Bayramov, Zəminə Nuriyeva, Xəyal Əliyev, Samir Məmmədov, İlham Qasımov, Rövşən Məmmədov, Samirə Hacıyeva, Yaqub Yaqubzadə, Elmir Pisnamazzadə, Seymur Hüseynov yer alıblar.


Oxunub: 45





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.