Fevral 14-də ETTA Aestetics Group və İRS Mədəni İnkişafa Dəstək İctimai Birliyinin və xüsusən də ictimai birliyin həmtəsisçisi Ləman Kazımovanın təşkilatçılığı ilə Marriot Absheron Hoteldə tibbi mövzuda seminar keçirilib.
Seminarda 75-dən çox həkim və eləcə də İRS Mədəni İnkişafa Dəstək İctimai Birliyinin sədri Rəvan Kazımov iştirak edib. Seminar zamanı tibbi və kosmetoloji maarifləndirmə işləri aparılıb. 6 saat davam edən tədbirdən 75-dən çox kosmetoloji həkim faydalanıb.
Oxunub: 129