Sabah Qobustanda "Açıq mikrofon" olacaq


Bu gündən etibarən "Azəriqaz" İstehsalat Birliyi bölgələrdə "Açıq mikrofon" aksiyası təşkil edəcək. Bu barədə QobustanXeber.az-a "Azəriqaz" İB-dən məlumat verilib.


Sabah - fevral ayının 20-də Qobustan rayonu Yeni Yaşayış Massivində, idman kompleksin qarşısında həyata keçiriləcək. Azəriqazla bağlı problemi olan vətəndaşlar saat 11:00-12:00 arası qeyd olunmuş ünvana gələrək problemlərini səyyar qəbulda səsləndirə bilərlər.

 

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


 


Oxunub: 115





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.