Qobustanxeber.az xəbər verir ki, dekabrın 19-da Qobustan Rayonunda Diri Baba türbəsində "Söz Muzeyi" Ədəbi Məclisinin Heydər Əliyev ili çərçivəsində "Dövlət və Ədəbiyyat" mövzusunda növbəti toplantısı keçirilib. Toplantıda şairlər və Qobustan rayon Mərkəzi Kitabxanasının əməkdaşları iştirak ediblər. Toplantını giriş sözüylə açan ədəbi məclisin sədri Yusif Nazim Ərəbsoy ədəbiyyatın dövlətçilik ideologiyasının formalaşmasında rolundan və ümummilli lider Heydər Əliyevin bu missiyaya dərindən bələd olmasından, bu müqəddəs yoldakı xidmətlərindən danışıb. Həmçinin iştirakçılar qələbəmizi zamanında aparılan siyasətin nəticəsi kimi müzakirə ediblər. Şairlər şeirlərini səsləndiriblər.
Oxunub: 188