İlham Əliyev bu gün AND İÇƏCƏK

 

Fevralın 7-də keçirilən növbədənkənar Prezident seçkilərində qalib gələn İlham Əliyev sabah and içəcək.


“TodayNews”un əldə etdiyi məlumata görə, andiçmə mərasimi Milli Məclisdə keçiriləcək. 


Azərbaycan Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə bu gün olub. Konstitusiya məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı və İlham Əliyevin Prezident seçilməsini rəsmən elan edib.


And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.


 


Oxunub: 119





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.