2023-cü ildə dünyanın ən çox ziyarət edilən şəhərləri SİYAHI



“Travellnes” araşdırma portalı turist cəlbediciliyi və digər amilləri nəzərə alaraq dünyanın ən yaxşı şəhərlərinin illik reytinqini dərc edib.
 

Xarici turistlərin ən çox ziyarət etdiyi TOP 10-luğa Türkiyə iki şəhərlə, liderlik edir. Bu siyahıdakı şəhərlər, həm də Avropanın ən cazibədar şəhərləri adlandırılır.
 

Araşdırmaya görə, pandemiyadan öncə 2019-cu ildə turistlərin ən çox ziyarət etdiyi 10 şəhərin hamısı 2023-cü ildə yenidən ilk sıralamada yer alıb.

 

Banqok: 22,78

Paris: 19,10

London: 19,09

Antalya: 16,5

Dubay: 15,93

Sinqapur: 14,67

Kuala-Lumpur: 13,79

Nyu-York: 13,60

İstanbul: 13,40

Tokio: 12,93
 

Qeyd edək ki, beynəlxalq səfərlərin sayında ən böyük artım Banqokda (2022-ci ilə qədər +2495%) qeydə alınıb. Şəhər 2022-ci ilin sonunda pandemiya məhdudiyyətlərini yüngülləşdirən son əsas yerlərdən biri idi. 2023-cü ilin əvvəlində Çin arasındakı sərhəd keçidləri yenidən açılıb və metropolisə böyük bir turist axını başlayıb.



2023-cü ildə Banqkok beynəlxalq səyahətlər üçün ən sürətli böyüyən şəhər olub (+142%). Bu sıçrayış həm də Covid məhdudiyyətlərinin qaldırılması, Çinli turistlərin aktivliyi və geri qayıtması ilə əlaqədardır.


 

Dubay 2019-cu illə müqayisədə, turist axınını üstələyə bilmiş şəhərlərdən biridir. Əmirliyə gələnlərin sayı 18% artıb. Yekun proqnoza görə, 2024-cü ilin ilk yarısında Dubaya artıq 16,8 milyon turist gəlmiş olacaq.
 

İstanbul 2023-cü ildə xarici turistlərin qəbuluna görə lider olub: proqnozlara görə, Türkiyə metropolu 2024-cü ilin sonuna qədər 20 milyondan çox xarici turist ziyarət edəcək (2022-ci ilə qədər +26%). Gələn turist axını baxımından İstanbul inamla London (18,8 milyon turist, + 17%) və Dubayı (16,8 milyon turist) da geridə qoymağı bacaracaq.
 

Siyahıya həmçinin 2022-ci ildə Parisi ziyarət edənlərdən (15,5 milyon, + 4%) daha çox turist qəbul edən Antalya da (16,5 milyon, +29%) daxildir.


Oxunub: 93





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.