Qobustan səhiyyəsinə ağır itgi üz verib.
Qobustan rayon Mərkəzi Xəstəxanasının Təklə Kənd ASM-in bölmə müdiri vəzifəsində çalışan Hümbətov Mənsur İslam oğlu dünyasını dəyişib.
1954-cü ildə Qərbi Azərbaycanın Vardenis rayonunun Aşağı Borça kəndində anadan olan Mənsur Hümbətov 1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olur. 1978-ci ildə həmin institutun "müalicə işi" fakültəsini, 1978-79-cu illərdə Bakı şəhər 13 nömrəli tibbi sanitar hissədə internaturanı bitirib.
Əmək fəaliyyətinə 1979-cu ildə Xankəndi şəhərində başlayan gənc həkim 1983-cü ilə qədər orada TTTY şöbəsində həkim vəzifəsində çalışıb.
Daha sonralar isə Bakı şəhər 4 nömrəli Tibbi Sanitar hissədə şöbə müdiri və Nərimanov rayon 18 saylı şəhər poliklinikasında baş həkimin ekspertiza üzrə müavini vəzifələrində çalışıb.
2023-cü ilin dekabr ayından etibarən Qobustan Rayon Mərkəzi Xəstəxanasının Təklə Kənd ASM-in bölmə müdiri vəzifəsində çalışan Hümbətov Mənsur İslam oğlu ötən gün əbədiyyətə qovuşub.
Allah rəhmət eləsin!
Oxunub: 135