Qavrayışı zəif olan uşaqlara yeni dili necə öyrətmək olar? - AÇIQLAMA


Valideynlərin əksəriyyəti övladlarının uğurlu gələcəyi üçün yeni dil öyrənməklərini vacib hesab edirlər. Amma bəzi uşaqların qavrayışı zəif olduğu üçün yeni dil öyrənməkdə çətinlik çəkirlər.

 

Bəs qavrayışı zəif olan uşaqlar yeni bir dili necə öyrənə bilərlər?

 

Mövzu ilə bağlı danışan ingilis dili müəllimi Aysel Əmirova bildirib ki, qavrayışı zəif olan uşaqlara xarici dili öyrətmək o qədər asan məsələ deyil.

 

“Bu zaman sadə metodlardan istifadə etmək lazımdır. Əvvəlcə uşağın hansı üsulla öyrəndiyini təyin etmək vacib nüanslardan biridir. Bir sıra uşaqlar yazaraq, bəziləri fiqurlarla və ya vizual elementlərlə öyrənirlər. Hər uşağın öyrənmə metodu və qavrayış şəkli fərqlidir. Uşaq öyrəndiyi hər bir dili eşitməli, danışmalı və digər insanlarla ünsiyyət qurmağı bacarmalıdır. Müəyyən məqsədlər müəyyənləşdirilməlidir. Gündə bir neçə söz, bir neçə oyun, bu və ya digər dildə şeir demək kimi hədəflər ilə uşağın dilə olan marağını artırmaq mümkündür. Uşaqlara xarici dilin öyrədilməsinə 5 yaşdan erkən başlanılmamalıdır. Yaş ləngiməsi olan uşaqlara isə daha gec yaşlarında ikinci, üçüncü dil öyrədilməlidir”.

 

 Aysel Əmirova qeyd edib ki, yeni bir dilin öyrədilməsində valideynlərin də rolu böyükdür.

 

“Valideynlər uşaqlarına fərdi yanaşmalıdır. Uşaqların potensialını, intellektual inkişafını yoxlayan xüsusi mütəxəssislərdən, psixoloq-pedaqoqlardan dəstək almaları da tövsiyə olunandır”.


Oxunub: 96





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.