"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI


"Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.

 

Alman klubu futbolçunun transferi üçün 65 milyon avro istəyir.

 

Qeyd edək ki, Yurgen Kloppun heyətində hazırda altı müdafiəçi var. Paço isə 2023-cü ilin iyulunda Antverpendən “Ayntraxt Frankfurt”a keçib. Onun transfer məbləği 9 milyon avro təşkil edib.


Bu mövsüm Paço 40 oyun keçirib və bir məhsuldar ötürmə edib.

 

"Liverpul" isə 34 turdan sonra Premyer Liqada 74 xalla üçüncü pillədə qərarlaşıb. Çempionata “Arsenal” başçılıq edir.


Oxunub: 72





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.