Bu ölkədə kiberhücumların sayı ARTDI


2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.

 

Bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb.

 

Bildirilib ki, kiberhücumların sayı əvvəlki ilə nisbətən 29 faiz artıb. Hesabatda kiberhücumlardan mənfi təsirlənən insanların sayının təxminən 3 dəfə artaraq, 1150-dən 3 min 302-yə yüksəldiyi də qeyd edilib.


Qeyd edək ki, hücumların əksəriyyəti Rusiyayönlü hakerlər tərəfindən həyata keçirilib.


Oxunub: 88





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.